Ramiz Mehdiyev: Əlimdə olan faktları ortaya qoysam, aləm bir-birinə dəyər

Xəbərin çap versiyası
Tarix: 10-09-2020, 13:55
Ramiz Mehdiyev: Əlimdə olan faktları ortaya qoysam, aləm bir-birinə dəyər


Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın prezidenti Ramiz Mehdiyev son günlər onun haqqında yazılanlarla bağlı yerli KİV-ə açıqlama verib.

CivilAzerbaijan.com
bildirir ki, AMEA rəhbəri ona qarşı aparılan kampaniyaya münasibət bildirib.

"Nankorlar sabah başqalarına qarşı da eyni nankor yol tutacaqlar. Məni əsassız tənqidlər belə o dərəcədə narahat etmir, lakin məni ən çox narahat edən yaxşılıq göstərdiklərimin, həyatını belə xilas etdiklərimin, ayağa qaldırdıqlarımın, məni görəndə ikiqat baş əyənlərin… bu gün mənə düşmən kəsilməsidir - nankorluğudur. Əgər həmin şəxslər barəsində əlimdə olan faktları ortaya qoysam, onlar gərək respublikadan baş götürüb qaçalar, aləm bir-birinə dəyər. Onlardan bəzilərini isə məhkəməyə verəcəyəm. Yazdıqları yalanlara, olmayan hadisələri uydurub söylədiklərinə görə yox, onların nankor olduqlarını cəmiyyətə sübut etmək üçün", - deyə o bildirib.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz