ADR Hərəkatının üzvü Hüseyn Məlik həbs edilib

Xəbərin çap versiyası
Tarix: 11-09-2020, 13:02
ADR Hərəkatının üzvü Hüseyn Məlik həbs edilib


Sentyabrın 11-də Bakının Səbayel Rayon Məhkəməsi Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının İdarə Heyətinin üzvü Hüseyn Məliki İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi (polisin qanuni tələbinə tabe olmamaq) ilə günahlı bilərək 15 sutka inzibati həbsə məhkum edib.

CivilAzerbaijan.com
bildirir ki, bu barədə Turan-a ADR Hərəkatından bildiriblər. Hüseyn Məlik sentyabrın 10-da axşam saatlarında yaşadığı mənzildən polislər tərəfindən heç bir səbəb göstərilmədən Səbayel Rayon Polis İdarəsinin 41-ci bölməsinə aparılıb.

“Hüseyn Məlik Facebook-da tənqidi statuslarına görə saxlanılıb. ADR Hərəkatı onun həbsini pisləyir və siyasi sifariş hesab edir”, - ADR Hərəkatından bildiriblər.

Xatırladaq ki, ADR Hərəkatının lideri tanınmış iqtisadçı Qubad İbadoğludur.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz