Kərəm Həsənov qalmaqallı əmisi oğlunu özünə köməkçi təyin edib? - FOTO

Xəbərin çap versiyası
Tarix: 12-09-2020, 11:03
Kərəm Həsənov qalmaqallı əmisi oğlunu özünə köməkçi təyin edib? -


Prezidentinin köməkçisi − Prezident Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri Kərəm Həsənovun əmisi oğlunu özünə köməkçi təyin etdiyi bildirilir.

CivilAzerbaijan.com
bildirir kiu barədə Arqument.az-a verilən məlumatda deyilir.

Məlumata görə, Kərəm Həsənovun yeni köməkçisi əmisioğlu Kamal Həsənovdur. Kamal Həsənov qalmaqallı şəxs kimi xarakterizə olunur. Belə ki, bir neçə il öncə Biləsuvar rayonunun Ovçubərə kənd sakini Əhliman İmanov Kamal Həsənovun adamları tərəfindən döyüldüyünü demişdi.

Kərəm Həsənov qalmaqallı əmisi oğlunu özünə köməkçi təyin edib? -

Əhliman İmanov

Ötən ilin dekabr ayında isə Salyan rayonunun Sarvan kənd sakini Əsədov Təbriz Fərəc oğlu Prezident İlham Əliyevə, baş prokurir Zakir Qaralova, Daxili işlər naziri Vilayət Eyvazova şikayət məktubu ünvanlayaraq Kamal Həsənovun onu tədid etdiyini bildirmişdi.

Kərəm Həsənov 29 noyabr 2019-cu ildə İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri təyin edilib.




civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz