Həbsxanada səhhəti pisləşən Tofiq Yaqublu City Hospitala yerləşdirilib - VİDEO

Xəbərin çap versiyası
Tarix: 13-09-2020, 01:41
Həbsxanada səhhəti pisləşən Tofiq Yaqublu City Hospitala yerləşdirilib -


Tofiq Yaqublu sentyabrın 12-də axşam saatlarında Şüvəlan təcridxanasından Baku City Hospital özəl klinikasına köçürülüb.

CivilAzerbaijan.com
bildirir ki, Tofiq Yaqublunun xəstəxanaya köçürülməsi onun vəkili Aqil Layıcın Avropa Məhkəməsinə 39-cu Qaydaya görə ünvanladığı müraciət əsasında həyata keçirilib. Bu qayda əksər hallarda insan həyatı üçün geridönməz həyatı təhlüklər olduqda tətbiq olunur, deyə Tofiq Yaqublunun qızı Nigar Həzi bildirib, Turan-ın məlumatında deyilir.

Tofiq Yaqublu reanimasiyadadır

“Məqsəd ekstremal durum yaranarsa Tofiq Yaqubluya kömək etməkdir”

Bunu isə AzadlıqRadiosu-na tibb elmləri doktoru Adil Qeybulla söyləyib.

Onun sözlərinə görə, Tofiq Yaqublu reanimasiyada saxlanır.Onun deməsinə görə, T.Yaqublu təxridxananın baş həkimin müşahidəsi ilə City Hospitala gətirilib. Onun vurğulamasına görə, bu addım rəsmi qurumların razılığı ilə həyata keçirilib. Bu məlumata, hələlik, Penitensiar Xidmət və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.




civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz