Siyavuş Novruzovun boş qalan vəzifəsinə kim və nə vaxt təyin olunacaq? - AÇIQLAMA

Xəbərin çap versiyası
Tarix: 14-09-2020, 13:12
Siyavuş Novruzovun boş qalan vəzifəsinə kim və nə vaxt təyin olunacaq? -


Hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin keçmiş müavini, deputat Siyavuş Novruzovun postuna hələ ki, təyinat yoxdur. YAP-çı deputat partiyadakı vəzifəsindən avqustun 24-də istefa verib.

CivilAzerbaijan.com
bildirir ki, Siyavuş Novruzovun bu addımına Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyevin nəvəsinin toyu ilə bağlı yaranmış qalmaqal səbəb olub. Siyavuş Novruzov da xüsusi karantin rejimində təşkil edilən həmin toy mərasimində iştirak edib. Halbuki, YAP-çı deputat çıxışlarında karantin qaydalarının pozulmasına görə cərimələrin artırılmasının tərəfdarı kimi çıxış edirdi. Bu baxımdan, onun karantin qaydalarına ziddi olaraq təşkil olunan toy mərasiminə qatılması ictimaiyyət tərəfindən sərt təpki gördü.

Xüsusilə, YAP-çı deputatın "iştirak etmişəm, düz etmişəm” fikri cəmiyyətə, qanunlara sayğısızlıq kimi dəyərləndirilərək onun cəzalandırılması tələb edildi. Nəhayət, ictimai təpki Siyavuş Novruzovun "Ramiz Mehdiyevi bizi aldatdı” açıqlaması və partiyadakı mühüm postundan istefa verməsi ilə nəticələndi.

Bu olayın üstündən 20 gündən artıq vaxt keçsə də, YAP-ın icra katibinin müavini postu boşdur. YAP-ın Nizamnaməsinə əsasən partiyanın rəhbər strukturlarını Siyasi Şura seçir. Bəs Siyasi Şurası nə zaman toplanacaq və Siyavuş Novruzovu kim əvəzləyəcək?

YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə yerli KİV-ə açıqlamasında bildirib ki, bu məsələ partiya sədrinin səlahiyyətlərinə aiddir. "Partiyanın Nizamnaməsinə görə rəhbər strukturları Siyasi Şura seçir. Lakin sədrin təqdimatı olmalıdır. Partiya sədrinin təqdimatı olacağı təqdirdə bu məsələ həllini tapacaq. Yəni, bu nə vaxt baş verməsi sədrin təqdimatından asılı olacaq”, - deyə Aydın Mirzəzadə vurğulayıb.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz