Qurban Məmmədov Türkiyədə saxlanılıb

Xəbərin çap versiyası
Tarix: 17-09-2020, 11:33
Qurban Məmmədov Türkiyədə saxlanılıb


Azərifreedom internet televiziya kanalının rəhbəri Qurban Məmmədov sentyabrın 16-da Türkiyədə saxlanılıb.

CivilAzerbaijan.com
bildirir ki, bu barədə onun oğlu Qoşqar Məmmədov facebook səhifəsində məlumat yayıb.

“Qurban bəylə bütün əlaqələrimiz kəsilib. O Türkiyədə saxlanılıb, xüsusi təyinatlı polislərdən ibarət bir qrup harasa aparıb, yanlarında olan yaxın yoldaşımız çalışsa da haraya aparıldığını öyrənə bilməyib. Başqa bir tərəfdən isə aldığımız xəbərə görə, Bakıdan bir qrup adam Qurban bəyin saxlanıldığı yerə gedib və polislərlə orada danışıqları, hətta mübahisələri olub, Qurban bəyi bu danışıqlardan sonra oradan naməlum bir yerə aparıblar,” Qoşqar Məmmədov yazıb.

Bununla bağlı, Azərbaycan Baş Prokurorluğundan hələ məlumat almaq mümkün olmayıb.

Sentyabrın 8-də Azərbaycan Baş Prokurorluğunun yaydığı məlumata əsasən, Qurban Məmmədov, Orduxan Bəbirov, Orxan Ağayev, Rəfael Piriyev, Əli Həsənəliyev, Tural Sadıqlı və Süleyman Süleymanlı Cinayət Məcəlləsinin 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) və 281.1-ci (hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma) maddələri ilə ittiham edilir.

Hazırda Avaropa ölkələrində mühacir həyatı yaşayan və Azərbaycan iqtidarının sərt tənqidçiləri olan həmin şəxslər barəsində istintaq orqanının təqdimatına əsasən Nəsimi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib və barələrində beynəlxalq axtarış elan edilib.

Son bir neçə ildə İngiltərədə mühacir həyatı yaşayan Qurban Məmmədov bu günlərdə İstandula gəldiyini bildirib.

O rəhbəri olduğu Azərifreedom internet televiziya kanalı vasitəsi ilə Azərbaycan iqtidarını və müxalifətini kəskin tənqidləri ilə tanınıb.

Sentyabrın əvvəllərində yerli media Məmmədovun Azərbaycanda yüksək vəzifəli şəxslərlə əlbir olaraq iqtidarı zəiflətmək üçün təbliğatla məşğul olması barədə məqalələr dərc edib. Yerli media həmçinin Azərbaycanda Qurban Məmmədov və onun ailə üzvlərinə məxsus olduğu iddia edilən çoxsaylı mənzillərin və obyektlərin siyahısını dərc edib. Sosial şəbəkələrdə isə Qurban Məmmədova məxsus olduğu iddia edilən beşmərtəbəli binanın dağıdılması ilə bağlı videolar yayılıb. Qurban Məmmədov yazılanları təkzib edib və beşmərtəbəli binanın ona məxsus olduğu barədə mülkiyyət səndəinin olduğunu bildirib. Onun sözlərinə görə, bina onun köhnə evi sökülərkən tikinti şirkəti ilə razılaşma nəticəsində əldə edilib.

Qurban Məmmədov bundan öncə azı iki dəfə həbs həyatı yaşayıb. O 1991-1992-ci illərdə Azərbaycan Xalq Cəbhəsinin təşkilat şöbəsinin müdiri olub. Sonra isə vəkillik fəaliyyəti ilə məşğul olub, AmerikanınSəsi-nin məlumatında deyilir.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz