Ev dustaqlığına buraxılan Tofiq Yaqubludan ilk AÇIQLAMA
Tarix: 18-09-2020, 20:56
Cümə günü, sentyabrın 18-də Bakı Apellyasiya Məhkəməsi hakim Elmar Rəhimovun sədrliyi ilə Nizami Rayon Məhkəməsində Tofiq Yaqublu barədə həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi barədə vəkillərin vəsatətini təmin edib.
CivilAzerbaijan.com bildirir ki, həkimlərin xahişlərinə baxmayaraq, Tofiq Yaqublu klinikada qalmaqdan imtina edib və məhkəmənin onun ev dustaqlığına keçirilməsi haqqında bu gün qəbul etdiyi qərardan sonra evə gedib. Saat 17 radələrində Yaqublu ailə üzvlərinin əhatəsində City Hospital klinikasından çıxıb və toplaşan tərəfdarlarına təşəkkürünü bildirib.
"Dəstəyinizə görə çox sağ olun, ədalət və həqiqət uğrunda mübarizə davam etdiriləcək. Mövqeyimdən əl çəkmirəm və mənə qarşı irəli sürülmüş ittihamlar uydurmadır. Məhkəmələr, istintaq və onların şahidləri saxtakarlığın iştirakçılarıdır və buna görə cavab verməlidirlər", deyə Tofiq Yaqublu bildirib, Turanın məlumatında qeyd olunur.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər