Sahibə Qafarovanın ilk diplomatik “uğuru”
Tarix: 24-09-2020, 15:10
Milli Məclisin yeni spikerinin ilk ciddi diplomatik imtahanı, yumşaq desək, uğursuz keçib.
CivilAzerbaijan.com bildirir ki, dünən onun RF XİN başçısı ilə görüşünün yekunlarına dair verdiyi gurultulu bəyanata sonradan düzəliş edilib və növbətçi əhəmiyyətsiz xülasəyə çevrilib.
Siyasətdə yeni olan Sahibə Qafarova özəl söhbətdə deyilənlərin və ya mətbuat üçün deyilməyən sözlərin dərc etməməli olduğunu bilməyə bilərdi. Amma nümayəndə heyətinin üzvləri, illərdir siyasətdə olan Səməd Seyidov, Səfa Mirzəyev kimi siyasətçilər və səfir Polad Bülbüloğlu özü haraya baxırdı? Görünür, əldə edilmiş diplomatik “qələbənin” verdiyi ilham o qədər güclü olub ki, hamı reallıq hissini itirib və mətbuata Sergey Lavrovun dinc nizamlanmanı ləngidən Ermənistanın baş naziri Paşinyanın əməllərini kəskin tənqid etdiyi və Moskvanın Qarabağ ətrafındakı beş rayonun azad edilməsinin tərəfdarı olduğu və bunun Rusiyanın rəsmi mövqeyi olduğu bildirilib.
Bunun deyildiyi şübhə doğurmur, amma niyə elə həmin gün axşam RF XİN-in nümayəndəsi Zaxarova bütün bunları təsdiq etməyib?
Onun sözlərinə görə, ərazilərin azad edilməsi məsələləri də daxil olmaqla, münaqişə müzakirə olunub. Daha sonra Zaxarova yalnız ona xas olan etinasızlıqla Lavrovun adından verilən sitatları yanlış adlandırıb və başqa mənbələrə fikir verməməyə, yalnız RF XİN-in məlumatına istinad etməyə çağırıb.
Son nəticədə Milli Məclisin mətbuat xidməti də Qafarovanın Lavrovla görüşü haqqında məlumatını dəyişdirmək məcburiyyətində qalıb, Paşinyanın beş rayonun azad edilməsində mənfi rolu haqqında səs-küy yaradan bəyanatları məlumatdan çıxarıb.
Slavyan Universitetinin müəlliməsinə uzun illər Milli Məclisdə məşğul olduğu məsələ ilə - qadın və uşaqların problemləri ilə məşğul olmağı, xarici siyasət məsələlərini isə peşəkarlara buraxmağı tövsiyə etmək istərdik, Turan-ın məlumatında qeyd olunur.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər