Bərdə “Toçka-U” raketi ilə atəşə tutulub
Tarix: 8-10-2020, 14:20
Oktyabrın 8-də səhər saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri cəbhə xəttindən 40 km məsafədə yerləşən Bərdə rayonunu müxtəlif istiqamətlərdən raket və artilleriya mərmilərindən intensiv atəşə tutub. Günorta saatlarında şəhərə “Toçka-U” raket sistemindən atəş açılıb.
CivilAzerbaijan.com bildirir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Öz növbəsində, ölkənin Baş Prokurorluğu Bərdə şəhərinin mərkəzində yerləşən "Qədim Bərdə" restoranına raketin düşməsi nəticəsində həmin vaxt orada olan 2 nəfər şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirildiyi barədə məlumat yayıb:
"Eyni zamanda Bərdə şəhər 5 nömrəli tam orta məktəbin yaxınlığına düşmüş raketlər 5 nəfər şəxsin yaralanmasına səbəb olmuş, cümlədən məktəbin binasına, çoxsaylı nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəymişdir", deyə Prokurorluğun məlumatında bildirilir.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər