Azərbaycan Ordusu daha 16 kəndi azad edib

Xəbərin çap versiyası
Tarix: 7-11-2020, 13:48
Azərbaycan Ordusu daha 16 kəndi azad edib


Azərbaycan Ordusu Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Xocalı və Xocavənd rayonlarının daha 16 kəndini erməni işğalından azad edib.

CivilAzerbaijan.com
bildirir ki, bu barədə bu gün prezident İlham Əliyev bəyan edib.

“Müzəffər Azərbaycan Ordusu Füzuli rayonunun Yuxarı Veysəlli, Yuxarı Seyidəhmədli, Qorqan, Üçünçü Mahmudlu, Qacar, Divanlılar, Cəbrayıl rayonunun Yuxarı Məzrə, Yanarxah, Qubadlının Qəzyan, Balasoltanlı, Mərdanlı, Zəngilanın Beşdəli, Xocalının Qarabulaq, Moşxmaat, Xocavəndin Ataqut, Sakuri kəndlərini işğaldan azad edib. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”, - Prezident İlham Əliyev özünün Twitter hesabında bildirib.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz