Daha 23 kənd işğaldan azad olundu - ADLAR
Tarix: 9-11-2020, 14:30
Prezident İlham Əliyev daha bir neçə kəndin azad olunduğunu elan edib.
CivilAzerbaijan.com bildirir ki, bu barədə ölkə başçısı tvitter hesabında yazıb:
"Müzəffər Azərbaycan Ordusu Füzulinin Qobu Dilağarda, Yal Pirəhmədli, Yuxarı Yağlıvənd, Dilağarda, Seyid Mahmudlu, Ələsgərli, Xocalının Dəmirçilər, Çanaqçı, Mədətkənd, Sığnaq, Xocavəndin Susanlıq, Domi, Tuğ, Akaku, Azıx, Cəbrayılın Hüseynalılar, Söyüdlü, Aşağı Sirik, Qubadlının Yuxarı Mollu, Aşağı Mollu, Xocik, Zəngilanın Keçikli, Ördəkli kəndlərini işğaldan azad edib. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!"
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər