Rəsmi şəxslər döyüşən əsgərin evinin dağıdılmasına haqq qazandırdı

Xəbərin çap versiyası
Tarix: 16-11-2020, 16:11
Rəsmi şəxslər döyüşən əsgərin evinin dağıdılmasına haqq qazandırdı


"Torpağı Bələdiyyənin mülkiyyətində olmadığına görə bu evlə bağlı heç bir məlumatım yoxdur”.

CivilAzerbaijan.com
bildirir ki, bunu Qaynarinfo-ya açıqlamasında Hövsan bələdiyyəsinin sədri Elbrus Xəlilov ön cəbhədə könüllü olaraq döyüşən əsgər İlman Qurbanovun Suraxanı Rayonu ərazisində tikilən evinin sökülməsindən danışarkən deyib. O bildirib ki, qanunsuz evlərin sökülməsi qəsəbə nümayəndəliyinin nəzdində Qanunsuz Ttikintilərə Qarşı Mübarizə Komissiyası tərəfindən həyata keçirilir:

"Yazırlar ki, gəlib evi sökdülər. Həmin adamdan soruşmaq lazımdır ki, bu söküntüyə kimi hardaydın? Nə sənədin var? Nə əsasla tikirsən? Əvvəl burdan başlanılır. Düzünü deyim ki, həmin evlə bağlı məlumatsızam. Qəsəbə nümayəndəliyinin nəzdində Qanunsuz Ttikintilərə Qarşı Mübarizə Komissiyası var. Yəqin ki, həmin evlə bağlı komissiyanın xəbəri var".

Məsələ ilə bağlı Hövsan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi ilə də əlaqə saxladıq. Özünü qəsəbə rəisi kimi tədqim edən şəxs bizi sona kimi dinləsə də, telefonu üzümüzə qapatmaqla kifayətləndi.

Amma Hövsan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin özünü təqdim etməyən qadın əməkdaşı isə bildirdi ki, kimliyindən asılı olmayaraq, ev tikən şəxsin icazəsi olmalıdır:

"İşıq dirəyinin altında tikib? Çökəklikdə tikib? İcazəsi olan torpaqda tikilib? Bu araşdırılmalıdır. İkincisi, Qarabağda döyüşən oğlanın sənədi bura təqdim olunmalıdır. Sosial şəbəkədə çox şey yaza bilərlər. Hardan bilirsiniz ki, qardaşı yazıb? Bəlkə yalan yazıb? Düşünürəm ki, bu yalan məlumat ola bilər. Əsasınız varsa, təqdim edin...”

Qeyd edək ki, ön cəbhədə könüllü olaraq döyüşən əsgər İlman Qurbanovun Suraxanı Rayonu ərazisində tikilməkdə olan evi sökülüb. Şahidlərin bildirdiyinə görə, evi ya İcra Hakimiyyətinin, ya da Hövsan icra nümayəndəliyinin əməkdaşları söküb. Məlumata görə, ötən gün Suraxanı Rayon İcra Hakimiyyətinin işçiləri (Hövsan icra nümayəndəliyini əməkdaşları da ola bilər. Ətrafdan görən şəxlərin sözlərinə görə süd rəngində olan 902 nömrəli "Prado" gəlib, texnika gətirib və dağıdıb) heç bir yazılı və ya şifahi xəbərdarlıq etmədən tikintini darmadağın ediblər!

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz