İlham Əliyev Ermənistanla münasibətlərin normallaşması şərtlərini AÇIQLADI

Xəbərin çap versiyası
Tarix: 20-11-2020, 15:56
İlham Əliyev Ermənistanla münasibətlərin normallaşması şərtlərini


"Əgər Ermənistanda sağlam düşüncəli qüvvələr hakimiyyətə gələrsə, biz onlarla normal münasibətlər qurmağa hazırıq".

CivilAzerbaijan.com
bildirir ki, bu barədə bu gün Azərbaycan prezidenti İlham Əliyev Ağdam rayonunun azad edilməsi münasibətilə xalqa telemüraciətində bildirib.

“İndi Ermənistanda daxili böhran hökm sürür. Bu da təbiidir. Çünki hərbi məğlubiyyət, özü də belə biabırçı məğlubiyyət, əlbəttə ki, istənilən ölkədə təlatümlərə gətirib çıxara bilər”, - İ.Əliyev qeyd edib.

“ƏgərErmənistanda sağlam qüvvələr hakimiyyətə gələrsə, biz o sağlam qüvvələrlə normal münasibətlər qurmağa hazırıq. Ancaq cəlladlarla, Azərbaycan xalqının qanını tökənlərlə bizim heç bir əlaqəmiz ola bilməz. Bunu hər kəs bilsin!”, -prezident bəyan edib.

Turanın məlumatına görə, dövlət başçısı diqqəti ona yönəldib ki, Azərbaycan səy göstərib və regional əməkdaşlığa təkan verən layihələri reallaşdırıb.

“Bütün layihələrimiz - energetika, nəqliyyat, humanitar layihələrimiz əməkdaşlığı dərinləşdirir. Biz bir dənə də səhv addım atmamışıq, misal üçün qonşumuza hansısa problem yarada biləcək bir dənə də addım atmamışıq. Ona görə qonşu ölkələrlə münasibətlərimiz normaldır, yaxşıdır. Deyə bilərəmki, bir çoxları üçün nümunə ola bilər”, - İ.Əliyev deyib.

"Ermənistanın qonşuları ilə münasibətləri necədir? Azərbaycanla belə işğal, Türkiyəyə qarşı ərazi iddiası. Rusiyaya indi, necə deyərlər, narazılıq ifadə edir. Mən bunu bilirəmki, nə üçün İran üzərindən silahları gətirə bilməyiblər. Ona görə ki, İran bizə dost, qardaş ölkədir. Ona görə ki, bizim xahişimizi nəzərə alaraq öz hava məkanını bağlayıb. Ona görə ki, istəməyib, onlar gəlib azərbaycanlıları öldürsünlər. Gürcüstana da eyni iddia irəli sürür. Çünki Gürcüstanda müharibə dövründə öz hava sahəsini bağlayıb və quru yollarla silahların daşınmasına imkan verməyib. O da istəməyib ki, vəhşi düşmən mülki vətəndaşlarımızı öldürsün. Onlar Rusiyaya qarşı iddia qaldırırlar ki, Rusiya bunlara kömək etməyib. Rusiya prezidenti öz müsahibəsində kifayət qədər açıq və tam dəqiq məlumat verdi, öz mövqeyini bildirdi. Azərbaycan beynəlxalq hüquq tərəfindən tanınmış öz ərazisində müharibə aparırdı. Ona görə burada hansısa bir müttəfiqlik münasibətlərinin qarışmasına imkan yaradılmasından söhbət gedə bilməz. Ancaq bunlar hamıya irad tuturlar, hamıdan narazıdırlar. Belə təfəkkürlə necə yaşamaq olar?”, - dövlət başçısı deyib.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz