Bakıda Zəfər paradı keçirilib - FOTOLAR

Xəbərin çap versiyası
Tarix: 10-12-2020, 16:14
Bakıda Zəfər paradı keçirilib -


Dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradı keçirilib.

CivilAzerbaijan.com
bildirir ki, paradı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul ediblər.

"Dəmir yumruq” əməliyyatında - Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəyə həsr olunmuş Zəfər paradına müdafiə nazirinin müavini, "Zəfər” ordenli general-leytenant Kərim Vəliyev komandanlıq edib.

Paradda 3000 nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, eləcə də hərbi gəmi və katerlərin nümayiş olunub. Paradda, həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş etdirilib.

Hərbi orkestr Azərbaycanın və Türkiyənin dövlət himnlərini ifa edib.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev paradda çıxış edib.

Sonra Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib.

Dövlət başçılarının çıxışlarından sonra Zəfər paradı başlayıb.

Bakıda Zəfər paradı keçirilib -

Bakıda Zəfər paradı keçirilib -

Bakıda Zəfər paradı keçirilib -

Bakıda Zəfər paradı keçirilib -

Bakıda Zəfər paradı keçirilib -

Bakıda Zəfər paradı keçirilib -


Bakıda Zəfər paradı keçirilib -

Bakıda Zəfər paradı keçirilib -

Bakıda Zəfər paradı keçirilib -

Bakıda Zəfər paradı keçirilib -

Bakıda Zəfər paradı keçirilib -

Bakıda Zəfər paradı keçirilib -

Bakıda Zəfər paradı keçirilib -

Bakıda Zəfər paradı keçirilib -

Bakıda Zəfər paradı keçirilib -

Bakıda Zəfər paradı keçirilib -

Bakıda Zəfər paradı keçirilib -


civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz