Azərbaycan "Pfizer" və "Moderna" vaksinlərini alacaqmı? - RƏSMİ AÇIQLAMA
Tarix: 16-01-2021, 17:07
"Hazırda başqa ölkələrdən koronavirusa qarşı vaksinlərin alınması məsələsinə baxılmır".
CivilAzerbaijan.com bildirir ki, bunu yanvarın 16-da Operativ Qərargahın iclası zamanı çıxış edən Prezidentin köməkçisi Şahmar Mövsümov başqa ölkələrdən koronavirusa qarşı vaksinin alınıb-alınmayacağı məsələsinə aydınlıq gətirərkən deyib.
Azərbaycan Çinin "Sinovac" şirkətinin istehsal etdiyi "CoronoVAC" vaksini alıb.
Səhiyyə nazirliyinin açıqlamasına görə, COVAX platforması çərçivəsində "Sinovac” şirkətindən 2 milyon doza "CoronaVac” vaksini alınacaq. Ümumilikdə "Sinovac” şirkətinə 4 milyon doza vaksinin sifariş edildiyi bildirilib.
Avropa və Qərb ölkələri isə əsas etibarilə ABŞ-Almaniya istehsalı olan "Pfizer" vaksinindən və ABŞ vaksini olan "Moderna"dan istifadə edəcəklərini açıqlayıblar. Qonşu Gürcüstan da "Pfizer" vaksinini alacağını bildirib.
Toplum TV-nin məlumatında qeyd olunur ki, Azərbaycan Səhiyyə Nazirliyi "CoronaVac” vaksininin 91.25 faiz effektiv olduğunu açıqlayıb. "Pfizer" və "Moderna" vaksinlərinin isə 95%-dən yuxarı effektiv olduğu bildirilir.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər