Siyavuş Novruzov Daxili İşlər Nazirliyini məhkəməyə verib? - AÇIQLAMA

Xəbərin çap versiyası
Tarix: 11-02-2021, 13:11
Siyavuş Novruzov Daxili İşlər Nazirliyini məhkəməyə verib? -


Siyavuş Novruzov Daxili İşlər Nazirliyini (DİN) məhkəməyə verməyib.

CivilAzerbaijan.com
bildirir ki, bu barədə yerli mediaya danışan YAP-çı deputat KİV-də yayılan məlumatları təkzib edib.

O, AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyunda iştiraka görə DİN tərəfindən cərimələndindiyi üçün məhkəmə iddiası qaldırmadığını bildirib: “Bu söhbətlər yalandır, kimlərsə fırladıb ortaya atırlar. Daxili İşlər Nazirliyi həm pandemiya, həm də müharibə dövründə yaxşı işləyib. Əgər belə fakt varsa, bir məhkəmə iddiası göstərsinlər ki, hansı rayon məhkəməsindədir”.

"Unikal.org"un yaydığı xəbərə görə, fevralın 11-də hakim partiyanın deputatı Siyavuş Novruzov onlara DİN-i məhkəməyə verdiyini deyib: “Artıq iddia ərizəsi hazırdır və Nəsimi Rayon Məhkəməsinə müraciət edəcəyəm. Bu məsələdə geri addım atmaq, güzəştə getmək olmaz. Avropa Məhkəməsinə qədər gedəcəyəm. Mən öz şəxsiyyətimi qoruyan adamam və heç kimə imkan vermərəm ki, mənimlə bu şəkildə davransın. Qanunsuzluq edənlərin hər biri elə qanunla cavablarını alacaqlar. Təzminat kimi 400 min manat tələb edirəm və həmin pulu şəhid ailələrinə bağışlayacağam”.

Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edən Siyavuş Novruzov DİN tərəfindən 400 manat cərimələnmişdi.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz