Müsavat partiyasının üzvləri saxlanıb

Xəbərin çap versiyası
Tarix: 15-02-2021, 13:50
Müsavat partiyasının üzvləri saxlanıb


Bazar ertəsi Suraxanı rayon polis idarəsinin əməkdaşları iclas zamanı Müsavat Partiyasının yerli fəallarını saxlayıb.

CivilAzerbaijan.com
bildirir ki, bu barədə Turan-a Müsavat Partiyasının Suraxanı Rayon Təşkilatının sədri Arzulla Buludlu məlumat verib.

Onun sözlərinə görə, yerli təşkilatın beş fəalı saxlanılıb və Suraxanı rayon 30 saylı polis idarəsinə aparılıb.

Öz növbəsində, DİN-in mətbuat xidmətindən Turan-a bildiriblər ki, adı çəkilən şəxslər karantin rejiminin pozulmasına görə saxlanılıblar. Təhqiqatdan sonra onlar sərbəst buraxılacaqlar, deyə DİN nümayəndəsi bildirib.

Mənbənin məlumatına görə, saxlanılanlardan yalnız biri – Nizaməli Süleymanov Müsavat üzvüdür.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz