Oqtay Əsədovun təzyiqlərindən qaçdı, London meri vəzifəsinə namizəd oldu
Tarix: 22-02-2021, 13:16
"May ayında London seçiciləri bələdiyyə başçısını seçəcəklər. London meri vəzifəsi uğrunda mübarizə aparan 20-dək namizəddən biri də azərbaycanlı Kamran Balayevdir".
CivilAzerbaijan.com bildirir ki, bunu araşdırmaçı jurnalist Cavanşir Həsənli yazıb.
Jurnalist bildirib ki, Kamran Balayev Milli Məclisin sabiq sədri Oqtay Əsədovun keçmiş kürəkənidir. Boşanandan sonra Kamran Balayev o zaman MM-ə rəhbərlik edən Oqtay Əsədovun təzyiqlərinə məruz qalıb:
"Oqtay Əsədov MM mühafizəçilərindən istifadə etməkdən çəkinmədən onun şəxsi mənzilinin qapılarını qırıb, evini ələ keçirmişdi. Ona övladları ilə görüşməyə imkan vermirdi. Kamran Balayev həbs təhlükəsindən və təqiblərdən başını götürüb İngiltərəyə qaçmışdı. Budur, o gənc indi London meri olmağa hazırlaşır. Uğurlar arzulayaq, ümid edək ki, seçkini qazanacaq və London may ayından öz azərbaycanlı merini alqışlarla qarşılayacaq".
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər