Məhkəmə “Qarabağ aksiyasının” iştirakçılarını üç qrupa böldü - SƏBƏB

Xəbərin çap versiyası
Tarix: 25-02-2021, 13:36
Məhkəmə “Qarabağ aksiyasının” iştirakçılarını üç qrupa böldü -


2020-ci il 14-15 iyul tarixlərində Bakıda orduya dəstək məqsədilə keçirilən küçə yürüşlərində iştirakla əlaqədar təqsirləndirilən şəxslər üç qrupa bölünüb və məhkəmə istintaqı ayrı-ayrı aparılacaq.

CivilAzerbaijan.com
bildirir ki, bu qərarı fevralın 24-də Səbail rayon Məhkəməsinin hakimi Ağamalı Qafarov qəbul edib.

Hazırlıq iclası zamanı vəkillər cinayət icraatına xitam verilməsi, təqsirləndirilən şəxslərdən ağır elektron biləkliklərin çıxarılması və onların daha yüngül biləkliklərlə dəyişdirilməsi və ya ev dustaqlığının polis nəzarəti ilə əvəz edilməsi barədə vəsatətlər qaldırıblar. Məhkəmə bu vəsatətləri təmin etməyib.

Xatırladaq ki, 14-15 iyul 2020-ci il aksiyası kortəbii aksiya idi və onda on minlərlə insan iştirak edib, gecə boyunca Bakının küçələrində yürüş edərək, hakimiyyətdən Qarabağda müharibəyə başlamağı tələb edib. Buna iyulun 12-də ermənilərin hücumu və Tovuzda bir neçə Azərbaycan hərbiçisinin öldürülməsi səbəb olub.

Bir qrup aksiya iştirakçısı parlament binasına daxil olub, bundan sonra həbslər başlayıb. Bu zaman rəsmi təbliğat AXCP-ni vəziyyətdən siyasi məqsədlərlə istifadə etməkdə ittiham edib.

2020-ci ilin noyabrında İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra həbs edilənlər barəsində qətimkan tədbiri dəyişdirilib və onlar sərbəst buraxılıblar.

Məhkəmə təqsirləndirilən şəxslərin sayı çox olduğuna görə onların bir neçə qrupa bölünməsi haqqında vəsatəti təmin edib. Üç qrupun işi üzrə məhkəmə iclasları müvafiq olaraq 4, 5 və 9 mart tarixlərinə təyin edilib.

İş üzrə 37 nəfər təqsirləndirilən şəxs var. Onlardan 16 nəfəri AXCP-nin, 2 nəfəri Müsəlman Birliyi Hərəkatının, 1 nəfəri Azərbaycan Demokratiya və Rifah Hərəkatının fəalıdır.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz