YAP bu tarixdə qurultay keçirəcək

Xəbərin çap versiyası
Tarix: 2-03-2021, 13:52
YAP bu tarixdə qurultay keçirəcək


Martın 5-də hakim Yeni Azərbaycan Partiyası qurultay keçirəcək. Bu məlumat səhərdən KİV-də yayılır.

CivilAzerbaijan.com
bildirir ki, bu məlumatı Turan agentliyinə partiya aparatından təsdiq ediblər.

Lakin partiyada bu suala cavab verməyiblər: qurultay növbəti olacaq, yoxsa növbədənkənar?

Partiyanın sonuncu altıncı qurultayı 2018-ci ilin fevralında növbədənkənar prezident seçkiləri ərəfəsində keçirilmişdi.

Yerli KİV-in məlumatına görə, qurultayda partiyanın rəhbər orqanlarında mühüm kadr dəyişiklikləri gözlənilir.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz