Azərbaycanda məhkumlar üçün videozəng əlaqə imkanı yaradıla bilər

Xəbərin çap versiyası
Tarix: 9-03-2021, 21:24
Azərbaycanda məhkumlar üçün videozəng əlaqə imkanı yaradıla bilər


İnsan Hüquqları üzrə müvəkkili (Ombudsman) Səbinə Əliyevanın 2020-ci üzrə illik hesabat məruzəsi dövlət qurumlarına, Milli Məclisə təqdim olunub. Martın 10-da hesabat-məruzə parlamentin İnsan Hüquqları Komitəsinin iclasında müzakirəyə çıxarılacaq.

CivilAzerbaijan.com
bildirir ki, bu barədə Ombudsman Aparatının məlumatında deyilir.

Məruzədə məhkumların hüquqlarının genişləndirilməsi üçün Cəzaların İcrası Məcəlləsinə dəyişiklik təklif olunur. Ombudsman məhkumlar üçün videozənglərin təşkilini təklif edir.

Məhbusların ailə üzvləri, yaxınları ilə əlaqənin asanlaşmasının islaholunmaya, nəqliyyat xərclərinə qənaət, qadağan olunmuş əşyaların gizli şəkildə keçirilməsinin azaldılmasına kömək edəcək.

Məhkumun ailəsilə videogörüntülü əlaqə saxlaması təcrübəsi xarici ölkələrdə geniş yayılıb və effektiv üsullardan sayılır.

Turanın məlumatında qeyd olunur ki, illik məruzə, eyni zamanda Nazirlər Kabinetinə, Konstitusiya Məhkəməsinə, Ali Məhkəməyə və Baş prokurora göndərilir.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz