Azərbaycan xoşbəxtlik indeksində neçəncidir - CAVAB

Xəbərin çap versiyası
Tarix: 19-03-2021, 15:09
Azərbaycan xoşbəxtlik indeksində neçəncidir -


Martın 20-də Beynəlxalq Xoşbəxtlik Günü qeyd olunur. Sabah açıqlanacağı gözlənən “Dünya Xoşbəxtlik Hesabatı 2021” adlı hesabatda COVID-19 pandemiyasını dünyaya təsiri və dünya əhalisinin bu dönəmi necə keçirməsindən söz açılır.

CivilAzerbaijan.com
bildirir ki, hesabatı Davamlı İnkişaf Həlləri Şəbəkəsi (SDSN) və Kolumbiya Universitetindəki Davamlı İnkişaf Mərkəzi hazırlayıb.

Hesabat müəllifləri qeyd edirlər ki, məqsədlərinin iki başı olub. Birincisi, COVID-19-un insanların həyat keyfiyyəti və strukturuna təsirini öyrənmək və ikinci dünyada hökumətlərin pandemiyanı necə yoluna qoyduğunu dəyərləndirmək.

“Özəlliklə, bəzi ölkələrin digərlərindən niyə daha yaxşı iş gördüyünü izah etməyə çalışırıq”, – o vurğulayıb.

Hesabat 149 ölkəni əhatələyir. Azərbaycan 90-cı yerdədir. Qonşulardan Rusiya 76, Ermənistan 86, Gürcüstan 108-cidir.

İlk 10 yeri isə Finlandiya, Danimarka, İsveçrə, İslandiya, Niderland, Norveç, İsveç, Luksemburq, Yeni Zelandiya və Avstriya tutur.

Azadlıq Radiosunun məlumatına görə, Əfqanıstan 149-cu yerdədir.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz