Azərbaycanda Novruz bayramı qeyd olunur

Xəbərin çap versiyası
Tarix: 20-03-2021, 12:24
Azərbaycanda Novruz bayramı qeyd olunur


Bu gün Azərbaycanda Novruz bayramı qeyd edilir.

CivilAzerbaijan.com
bildirir ki, Novruz yazın gəlişinin simvolu olan qədim xalq bayramıdır, mənası "Yeni gün”dür.

Novruz Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüz bərabərliyi günündə (martın 20-si, 21-i və ya 22-də) keçirilir. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlayıb, bu münasibətlə şənliklər keçirib, onu yeni ilin başlanğıcı kimi bayram ediblər.

Qədim zamanlardan başlayaraq İran, Əfqanıstan, Tacikistan, Özbəkistan və bəzi başqa şərq xalqları ilə yanaşı, Azərbaycan türkləri də baharın - yeni ilin gəlişini şənliklərlə qarşılayırlar.

2009-cu il sentyabrın 30-da Novruz UNESCO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib, 23 fevral 2010-cu ildə isə BMT martın 21-ni "Beynəlxalq Novruz Günü” elan edib.

Qeyd edək ki, bu il bahar fəsli Azərbaycana martın 20-də Bakı vaxtı ilə təxminən saat 13:37:00-da daxil olacaq.

Novruz bayramı ilə əlaqədar ölkədə 9 gün ardıcıl (20, 21, 22, 23, 24, 25, 26, 27 və 28 mart) iş olmayacaq.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz