Hüseynbala Mirələmov hakim Yeni Azərbaycan Partiyasından xaric edilib
Tarix: 23-04-2021, 16:59
Hakim Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov Veteranlar Şurası və partiya üzvlüyündən çıxarılıb.
CvilAzerbaijan.com bildirir ki, bu barədə qərar bu gün Yeni Azərbaycan Partiyası İdarə Heyəti tərəfindən qəbul edilib.
Bununla yanaşı, partiya Mirələmovun cəzalandırılmasının səbəbləri barədə hələlik şərh vermir. Lakin bu qərar Mirələmov ilə bağlı "videoqalmaqal"ın fonunda qəbul edilib.
İki gün öncə sosial şəbəkələrdə yayılan videoda Mirələmovun onlayn konfrans zamanı iş otağında qadın əməkdaşa qarşı ədəbsiz hərəkətə yol verdiyi göstərib.
Mirələmov üç çağırış (2005-2020-ci illər) Azərbaycan parlamentinin deputatı olub, həmçinin Qaz Emalı Zavoduna rəhbərlik edib. O həmçinin əxlaq və mənəviyyat mövzularında bədii əsərlərin, eləcə də Heydər və İlham Əliyevlərin haqqında kitabların müəllifi kimi tanınır.
Qeyd edək ki, Hüseynbala Mirələmov 1945-ci ildə Lerik rayonunda doğulub.
O, 1970-ci ildə Azərbaycan Politexnik İnstitutunun (indiki ATU) İnşaat fakültəsinin "Sənaye və mülki tikinti" ixtisasını bitirib.
1972-ci ildən Azərbaycan Dövlət Qazlaşdırma Komitəsinin 4 saylı Qaz tikintiquraşdırma idarəsində iş icraçısı, baş mühəndis və rəis işləyib.
1986-cı ildən “Azərqaztəmirtikinti” Trestinin rəisi, 1988-ci ildən Maye Qaz İstehsalat Birliyinin rəisi, 1989-cu ildən Azərbaycan Dövlət Yanacaq Komitəsi sədrinin birinci müavini vəzifələrində çalışıb.
H.Mirələmov 1998-ci ildə Azərbaycan Qaz Emalı Zavodunun direktoru vəzifəsinə təyin olunub.
H.Mirələmov 1992-ci ildən Yeni Azərbaycan Partiyasının üzvü idi.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər