Oqtay Şirəliyev Səhiyyə naziri vəzifəsindən azad olundu
Tarix: 23-04-2021, 17:08
Oqtay Şirəliyev Azərbaycanın Səhiyyə naziri vəzifəsindən azad edilib.
CivilAzerbaijan.com bildirir ki, bununla bağlı bu gün, aprelin 23-də prezident İlham Əliyev sərəncam verib.
Prezidentin başqa bir sərəncamı ilə Teymur Musayev Azərbaycan səhiyyə nazirinin birinci müavini təyin edilib. Daha sonra da dövlət başçısı səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyətini T.Musayevə verib.
1950-ci ildı Bakı şəhərində həkim ailəsində anadan olan Oqtay Şirəliyev 1967–1973-ci illər N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu "Müalicə işi" ixtisası üzrə bitirib.
O, 1992-ci ildə Moskva Onkologiya Mərkəzində doktorluq dissertasiyası müdafiə edərək SSRİ Nazirlər Soveti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə tibb elmləri doktoru elmi dərəcəsini alıb.
Oqtay Şirəliyev 2005-ci ildən Azərbaycanın Səhiyyə naziri vəzifəsində çalışırdı.
Yeni Azərbaycan Partiyasının üzvü olan O.Şirəliyev 2015-ci ildə Səhiyyənin inkişafındakı xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif olunub.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər