Daha bir İcra Hakimiyyətində əməliyyat: SAXLANILANLAR VAR
Tarix: 26-04-2021, 13:13
Şəmkir rayon İcra Hakimiyyətində hüquq-mühafizə orqanları tərəfindən əməliyyat keçirilib.
CivilAzerbaijan.com bildirir ki, unikal.org-un məlumatına görə, əməliyyat nəticəsində icra başçısının birinci müavini, hazırki təhsil şöbəsinin müdiri Qüdrət Əliyev, baş memar İlqar Quliyev, şəhər icra nümayəndəsi Pərviz İbrahimov və mənzil-kommunal istismar idarəsinin rəisi Teymur Hacıyev saxlanılıb.
Bundan başqa, Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun da saxlanıldığı bildirilir.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər