"Milyonluq dələduzluqda ipucu Xanlar Vəliyevə çıxır"

Xəbərin çap versiyası
Tarix: 26-04-2021, 10:01
"Milyonluq dələduzluqda ipucu Xanlar Vəliyevə çıxır"


Bakı Apelyasiya Məhkəməsində dələduzluqda ittiham olunan Dövlət Sərhəd Xidmətinin əməkdaşı Tural Sücəddin oğlu Abdullayevin məhkəmə işi davam edir.

Tural Abdullayev 9 nəfər müxtəlif şəxsdən bir milyon iki yüz manatdan artıq məbləği dələduzluq yolu ilə mənimsəməkdə təqsirli bilinib. Bakı Hərbi Məhkəmənin hökmü ilə ona 6 il azadlıqdan məhrumetmə cəzası verilib.

Hazırda hakim Qədim Babayevin sədrliyi ilə təqsirləndirilən və zərərçəkmişlərin apelyasiya şikayətlərinə baxılır.

Zərərçəkənlər Tural Abdullayevin cəzasının az olmasına etiraz edir, təqsirləndirilən isə günahsız olduğunu sübut etmək niyyətindədir.

Zərərçəkmişlərdən biri Namiq Hüseynov Tural Abdullayevə belə az cəza verilməsinin səbəblərini araşdırıb. O deyib ki, ipucu hərbi prokuror Xanlar Vəliyeva qədər uzanıb.

Tural Abdullayevin cinayət işi üzrə istintaq zamanı ona cinayət Məcəlləsinin 178-cü maddəsi ilə də ittiham irəli sürülüb.

Cinayət işi məhkəmədə CM-nin 178.4-cü maddəsi ilə araşdırılıb. Məhkəmə istintaqı yekunlaşan zaman dövlət ittihamını müdafiə edən prokuror Emin Musayev 2020-ci il noyabrın 5-də ona 12 il azadlıqdan mərhum etmə cəzası istəyib. Lakin proses təxirə salınıb və eyni prokuror 21 gündən sonra Tural Abdullayevə 7 il həbs cəzası istəyib.

Hərbi məhkəmənin hakimi Rafiq Abbasov isə ona 6 il azadlıqdan məhrumetmə cəzası ilə hökm oxuyub.

Zərərçəkmiş Tural Abdullayevin kimliyini də araşdırıb. Dövlət Sərhəd Xidmətinin İAMAS-in (İdarələrarası Avtomatlatlaşdırılmış Məlumat Axtarış Sistemləri) baş zabiti olan Tural Abdullayev əvəllər DSX-nın Yalama və Biləsuvar Keçid Məntəqəsinin rəisi olub. Atası Sücəddin Abfullayev də sərhədçi olub.

Abbasəli Novruzovun Sərhəd Qoşunları komandanı olduğu zaman onun müavini vəzifəsində çalışıb. Elçin Quliyev də komandan vəzifəsini icra edən zaman həmin vəzifədə xidmət edib.

Amma bunlar hamısı deyil. Hərbi prokuror Xanlar Vəliyevin baldızı oğlu İsmayıl (Hərbi prokurorluqda mühüm vəzigədə) Tural Abdullayevin Ceyran adlı bacısı ilə evlidir.

Tural Abdullayevin bibisi, uzun illər Qocalar evinin rəhbəri Qətibə Əsədovanın (Qətibə Hüseynova eyni zaamnda Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovla qudadır) kürəkəni Rauf Hacıyev isə Xanlar Vəliyevin Hərbi prokurorluqda sağ əli sayılır.

Zərərçəkmişin iddiasına görə, məhz bu yaxınlıqlar Tural Abdullayevin işində dönüş yarada bilib. Namiq Hüseynov təqsirləndirilən şəxsə az cəza verildiyini, hətta apellyasiya şikayəti ilə onun cəzasının daha da yüngülləşdirilməsi ehtimalının olmasını düşünür.

Namiq Hüseynovun sözlərinə görə, hakimlərin davranışı, eləcə də məhkəmə prosesində Tural Abdullayevin özünü arxayın aparması bunu deməyə əsas verir.

Azadlıq.info-nun məlumatına görə, bütün bu baş verənlərə görə ölkə başçısına, Məhkəmə Hüquq Şurasına, digər aidiyyatı qurumlara məlumat verən zərərərçəkənlər işin düzgün araşdırılmasını, təqsirləndirilən şəxsin zərəri ödəməsini (Tural Abdullayevin zərəri ödəməyə imkanı olsa da sonradan istintaq dövründə onun əmlakları əl dəyişdirib, başqalarının adına keçirilib) və layiqli cəza almasını istəyirlər.

Yazıda adışəkilən şəxslərin mövqe bildirmək hüququ saxlanılır.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz