AŞPA-da bu tarixdə Azərbaycanda siyasi məhbuslar üzrə dinləmələr olacaq
Tarix: 29-04-2021, 14:18
Avropa Şurası Parlament Assambleyasının Hüquqi Məsələlər və İnsan Hüquqları Komitəsində Azərbaycanda siyasi məhbuslar və ölkə hökumətinin Avropa Şurası qarşısındakı öhdəliklərinini yerinə yetirməsinə dair ictimai müzakirələr olacaq. Tədbir 17 may 2021-ci il tarixə planlaşdırılıb.
CivilAzerbaijan.com bildirir ki, bu barədə Turan-a Avropa Şurası Parlament Assambleyasındakı mənbələrdən məlum olub.
Debatlarda beynəlxalq qeyri-hökumət təşkilatları nümayəndələrinin, həmçinin siyasi mühacirətdə olan azərbaycanlı fəalların iştirakı gözlənilir.
Dinləmələrdə Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi, İslandiyadan deputat Sunna Evarsdottirin çıxışı gözlənilir.
Hüquq müdafiəçilərinin qiymətləndirməsinə görə, hətta martda prezidentin əfv fərmanından sonra, 40-a yaxın siyasi məhbus azad edildikdən sonra Azərbaycan həbsxanalarında 100-dən çox adam qalır. Onlar müxalifətyönlü fəaliyyətə, öz siyasi və dini baxışlarını gerçəkləşdirdiklərinə görə təqib olunurlar.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər