Qorxmaz Hüseynov “Azərsu”nun sədri vəzifəsindən azad edildi

Xəbərin çap versiyası
Tarix: 4-05-2021, 19:53
Qorxmaz Hüseynov “Azərsu”nun sədri vəzifəsindən azad edildi


“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov vəzifəsindən azad edilib.

CivilAzerbaijan.com
bildirir ki, bu barədə dövlət başçısı İlham Əliyev mayın 4-də sərəncam imzalayıb.

Qorxmaz Hüseynov 2011-ci ildən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsində çalışır.

O, 1965-ci ildə Cəbrayıl rayonunda doğulub, 1989-cu ildə Azərbaycan Neft və Kimya İnstitutunu, 2004-cü ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib.

Q.Hüseynov 1995-1997-ci illərdə "Qum adası" NQÇİ-də Əməyin təşkili və əməkhaqqı şöbəsinin rəisi, 1997-2003-cü illərdə "Xəzərdənizneftqaztikinti" trestinin müdir müavini, 2003-2006-cı illərdə trestin müdiri, 2006-2007-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin rəisi vəzifələrində çalışıb.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz