"Heykəl məhbusu" Bayram Məmmədovun cəsədinin Türkiyədə dənizdən tapıldığı bildirilir

Xəbərin çap versiyası
Tarix: 5-05-2021, 12:24
"Heykəl məhbusu" Bayram Məmmədovun cəsədinin Türkiyədə dənizdən tapıldığı bildirilir


Heydər Əliyevin Bakıdakı heykəlinin üzərinə yazı yazmasına görə həbs edilən, siyasi fəal Bayram Məmmədovun Turkiyədə vəfat etməsi barədə bu gün səhər xəbərlər yayılıb. Yayılan xəbərləri Azərbaycanın rəsmi qurumları hələ təsdiq etməyib.

CivilAzerbaijan.com
bildirir ki, hazırda Türkiyədə Bayram Məmmədovun ölümü ilə bağlı polislə əlaqə saxlayan Elgiz Qəhrəman Turan agentliyinə polsin araşdırma apardığını bildirib.

“Bayramla bağlı iki gün idi xəbər ala bilmirdik. Dünən, mayın 4-də polis mənə bildirdi ki, iki gün əvvəl onun dənizdən cəsədi çıxarılıb. Polisdə ölümün səbəbləri ilə bağlı hələ dəqiq məlumat yoxdur. Hazırda polis ölümün intihar, qəza və qəsd olduğu ilə bağlı araşdıma aparır. Mənə cəsədin fotosunu göstərdilər, onunla kimliyini müəyyən etdik. Bu gün morqa gedib, baxacam, sonra daha dəqiq biləcəm. Amma, fotoda hər şey aydındır. O Bayramdır, bu barədə şübhəm yoxdur,” Bayram Məmmədovun Türkiyədə yaşayan dostu Elgiz Qəhrəman Turana bildirib.

"Keçmiş siyasi məhbus, dostumuz Bayram Məmmədov İstanbulda həyatını itirib. İki gün idi Türkiyədəki dostlar ondan xəbər ala bilmirdilər, dünən axtarışa verilmişdi. Axşam saatlarında polis bildirib ki, bazar günü dənizdə ölü tapılıb...

Türkiyədəki dostlar məsələnin təfərrüatını öyrənməyə çalışırlar, intihardı, yoxsa qəsd. İndidən cavabsız suallar, müəmmalı məsələlər var. Buna ən dəqiq cavabı Türkiyədəki instintaq verəcək. Onun necə aparılması, məsələni sübut edəcək. Artıq məsələ ilə bağlı vəkillər tutulub", bunu Facebook səhifəsində mayın 5-də səhər NİDA təşkilatın üzvü Ülvi Həsənli yayıb.

Bayram Məmmədov və Qiyas İbrahimov 9 may 2016-cı ildə, sabiq prezident Heydər Əliyevin abidəsinə “Qul bayramınız mübarək!” və “Fuck the system” şüarları yazıldıqdan sonra həbs edilib.

Hər iki gənc fəal həmin il, oktyabrın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik ittihamı ilə 10 il müddətinə azadlıqdan məhrum ediliblər.

2019-cu il martın 16-da verilən əfv sərəncamı ilə azadlığa buraxılıblar.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz