Cəmil Həsənli: Müdafiə tərəfinin vəsatətləri təmin olunmur

Xəbərin çap versiyası
Tarix: 20-05-2021, 15:28
Cəmil Həsənli: Müdafiə tərəfinin vəsatətləri təmin olunmur


Mayın 19-da Bakı Apellyasiya Məhkəməsinin binasında Səbail rayon Məhkəməsinin sədrinin hakimliyi ilə 2020-ci il iyulun 14-də keçirilmiş Qarabağa və Orduya dəstək mitinqində iştirak etmiş cəbhəçilərin və digər müxalifətçilərin növbəti məhkəmə prosesi keçirilib.

CivilAzerbaijan.com
bildirir ki, Demokratik Qüvvlərin Milli Şurasının (DQMŞ) sədri Cəmil Həsənli öz feysbuk səhifəsində Orduya dəstək mitinqini müxalifət qüvvələrinə qarşı “tələ” kimi dəyərləndirir.

Onun fikrincə, məqsəd “dövlət çevrilişinə cəhd” görüntüsü yaradaraq müxalif fəalları həbs etmək olub: “Əslində məqsəd bir neçə cəbhəçini Milli Məclis binasına salıb Xalq Cəbhəsini qanundan kənar elan edərək, bütün rəhbər heyəti təcrid və ya həbs etmək idi”, deyə Cəmil Həsənli bildirir.

Milli Şura sədrinə görə, müxaliflər bu tələyə düşməyiblər, ssenari iflasa uğrayıb.

Onun sözlərinə görə, ittiham tərəfi siyasi fəalların Milli Məclisə “girməsi” və polis maşınlarını aşırması barədə bir görüntülü fakt belə ortaya qoya bilməyib.

O deyir ki, bundan irəli gələrək, ittihamlar dəyişdirilərək əmlakı qəsdən məhvetmə və ya zədələmə, ictimai qaydanın pozulmasına səbəb olan hərəkətlər təşkil etmə və hakimiyyət nümayəndəsinə zor tətbiq etmə maddələri üzərinə keçirilib.

O əlavə edir ki, ittiham tərəfi müdafiə tərəfinin hadisələrə aydınlıq gətirilməsi üçün irəli sürdüyü vəsatətlərinin təmin olunmasını rədd edir.

Həsənli deyir ki, bir müddət əvvəl 3 il müddətinə həbs edilən Səid Bakuvinin nümunəsi bu prosesdə də təkrar olunacaq, məhkəmənin sonunda Xalq Cəbhəsinin rəhbərliyinə daxil olan şəxslərdən 5-6 nəfərinə müxtəlif müddətlərə cəza veriləcəyi planlaşdırılır.

Turanın məlumatına görə, bu məhkəmə prosesinə cəlb edilərək təqsirləndirilən 37 nəfərin 16 nəfəri AXCP-nin, 2 nəfəri Müsəlman Birliyi Hərəkatının, 1 nəfər isə Azərbaycan Demokratiya və Rifah Hərəkatının fəalıdır. Məhkəmə istintaqına cəlb edilən 16 cəbhəçidən yarıya qədəri partiyanın rəhbərliyində və təşkilatın müxtəlif orqanlarında təmsil olunan tanınmış şəxslərdir.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz