Oqtay Gülalıyevin oğlu yol qəzasına düşüb: onun da başı zədələnib

Xəbərin çap versiyası
Tarix: 25-05-2021, 23:27
Oqtay Gülalıyevin oğlu yol qəzasına düşüb: onun da başı zədələnib


Hüquq müdafiəçisi Oqtay Gülalıyevin oğlu Təbriz Gülalıyev mayın 25-də axşam yol-nəqliyyat qəzasına düşüb.

CivilAzerbaijan.com
bildirir ki, o, avtomobilin sükanı arxasında olub və qarşıdan gələn avtomobillə toqquşub.

"Qarşıdan gələn avtomobil məhdudlaşdırıcı xətti keçdi və biz toqquşduq", - Gülalıyev Turan agentliyinə bildirib.

Onun burnu sınıb, kəllə-beyin xəsarəti alıb. Həkimin sözlərinə görə, başın sol tərəfində şişkinlik müşahidə olunur. Diz nahiyəsi zədələnib. Vəziyyəti orta ağırdır.

Təbriz Gülalıyev TƏBİB-in yardımı ilə saat 22.20-yə yaxın Bakı Sağlamlıq Mərkəzinə gətirilib.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz