Laçında erməni təxribatçı saxlanılıb - MÜDAFİƏ NAZİRLİYİ

Xəbərin çap versiyası
Tarix: 8-06-2021, 15:40
Laçında erməni təxribatçı saxlanılıb -


İyunun 8-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Laçın rayonu sahəsində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupunun ölkə ərazisinə daxil olub.

CivilAzerbaijan.com
bildirir ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, qarşı tərəf əlverişsiz hava şəraitindən istifadə edərək Azərbaycan ərazisinə daxil olub. Nəticədə qrupun bir üzvü, hərbi qulluqçu Artur Kartanyan saxlanılıb. Qrupun digər üzvləri geri çəkilərək ərazini tərk edib.

Nazirlik bildirib ki, ilkin araşdırmalara görə, kəşfiyyat-diversiya qrupunun tapşırığı Azərbaycan ərazisinin minalanması olub:

"Diversantın saxlanıldığı ərazinin koordinatları: X8610021, Y4387428".

Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi Azərbaycan Müdafiə Nazirliyinin məlumatı ilə bağlı açıqlama yayıb.

Ermənistan Müdafiə Nazirliyi bildirib ki, müqavilə xidmətinin hərbçisi Artur Katanyan dumanlı hava şəraiti olduğundan itkin düşüb:

"8 İyun tarixində müqaviləli əsgər Artur Katanyan duman havaya görə ərazidə azıb və itkin düşüb. Bu baxımdan Azərbaycan Müdafiə Nazirliyinin Katanyanı təxribatçı hesab etməsi doğru deyil"

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz