İstiqlalçı deputat İbrahim İbrahimli vəfat edib

Xəbərin çap versiyası
Tarix: 16-06-2021, 12:34
İstiqlalçı deputat İbrahim İbrahimli vəfat edib


Milli Azadlıq Hərəkatının üzvlərindən biri, keçmiş deputat İbrahim İbrahimli iyunun 16-da 69 yaşında vəfat edib.

CivilAzerbaijan.com
bildirir ki, bu haqda onun yaxın qohumu Toğrul İsmayıl məlumat yayıb. Qeyd edək ki, siyasətçi onkoloji xəstəlikdən əziyyət çəkirdi.

İ.İbrahimli 1991-ci ilin martında SSRİ-nin saxlanılması ilə bağlı referendumun əleyhinə səs verən 43 deputatdan biri idi. Azərbaycan mətbuatı həmin millət vəkillərini "istiqlalçı deputatlar" kimi təqdim edirdi.

1993-cü ildə prezident Əbülfəz Elçibəy Kələkiyə getdikdən sonra İ.İbrahimli Azərbaycan Xalq Cəbhəsinə (AXC) bir müddət rəhbərlik edib.

İ.İbrahimli uzun müddət Müsavat Partiyasının Divan üzvü olub.

2003-cü ildə prezident seçkisindən sonra iğtişaşların təşkilində ittiham olunaraq həbs edilmişdi. 2005-ci ildə isə prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa çıxmışdı. İ.İbrahimli sonrakı illərdə də hakimiyyətə müxalif mövqedə duran Demokratik Qüvvələrin Milli Şurasının üzvü, qurumun mitinqlərinin aparıcılarından biri olub.

İ.İbrahimli 1952-ci ildə Naxçıvan MR Babək rayonunun Zeynəddin kəndində doğulmuşdu. Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirmişdi.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz