Ermənistan ordusu Kəlbəcəri atəşə tutub

Xəbərin çap versiyası
Tarix: 27-06-2021, 13:25
Ermənistan ordusu Kəlbəcəri atəşə tutub


"İyunun 26-da saat 14:50-dən başlayaraq iyunun 27-i saat 03:00 radələrinədək Ermənistan silahlı qüvvələrinin bölmələri Vardenis rayonunun Yuxarı Şorca kəndi yaxınlığında yerləşən mövqelərdən Kəlbəcər rayonunun Zəylik və İmambinəsi kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə atıcı silahlardan atəşə tutub".

CivilAzerbaijan.com
bildirir ki, bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumatında deyilir. Naziliyin saytında yerləşdirilən məlumata görə, Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz