BMT-nin İnsan Hüquqları Şurasında Azərbaycanda vəkillərin təqibinin MÜZAKİRƏSİ

Xəbərin çap versiyası
Tarix: 29-06-2021, 14:07
BMT-nin İnsan Hüquqları Şurasında Azərbaycanda vəkillərin təqibinin


BMT-nin İnsan Hüquqları Şurasının bu günlərdə keçirilən 47-ci sessiyasında Beynəlxalq İnsan Hüquqları Evi Fondu Azərbaycanda və Belarusda hüquqşünaslar üçün vəziyyətin pisləşməsinə toxunub.

CivilAzerbaijan.com
bildirir ki, təşkilatın bu forumda yayılmış bəyanatında deyilir ki, bir sıra ölkələrdə hüquqşünaslara - hüquq müdafiəçilərinə qarşı təhdid və ya hücumlar da daxil olmaqla, ədalətli mühakimə sistemi sarsılıb.

Pandemiya başlamazdan əvvəl Azərbaycanlı vəkil Fuad Ağayev iddia edirdi ki, Azərbaycanda hüquqşünaslara – hüquq müdafiəçilərinə qarşı bir sıra təzyiq metodlarından istifadə olunur. Vəkillərin kollegiyaya qəbulu prosesində siyasi qərəzlilik var. Eyni zamanda, vəkillər – hüquq müdafiəçiləri proseslərdən kənarlaşdırılır və ya hüquqlarından məhrum edilir, deyə bəyanatda bildirilir.

Azərbaycan pandemiyadan hüquqşünaslara – hüquq müdafiəçilərinə qarşı təzyiqin gücləndirilməsi üçün istifadə edib, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının yerinə yetirilməməsinə bəraət kimi karantindən faydalanıb. Bundan başqa, insan hüquqları üzrə vəkillərin təqibi və vəkillik hüququndan məhrum edilməsi davam edir. 2020-ci ildə Azərbaycan Vəkillər Kollegiyası müştərisinə qarşı ehtimal olunan sərt rəftarla bağlı qanuni narahatlığını bildirdiyinə görə vəkil - hüquq müdafiəçisi Cavad Cavadova töhmət verib.

2021-ci ildə ölkədə qalan azsaylı müstəqil hüquqşünaslardan – hüquq müdafiəçilərindən biri – Şəhla Hümbətova vəkil statusundan məhrum edilib, sonradan ciddi beynəlxalq təzyiq nəticəsində onun statusu bərpa edilib.

Turanın məlumatına görə, Azərbaycanda indiyədək onlarla vəkil, o cümlədən insan hüquqları üzrə vəkillər Əlaif Həsənov və Xalid Bağırov qanunsuz olaraq vəkil statusundan məhrum edilib. Bundan başqa, məşhur hüquqşünaslar İntiqam Əliyev və Ənnağı Hacıbəylinin, eləcə də bir neçə gənc hüquqşünasın – hüquq müdafiəçisinin Vəkillər Kollegiyasına daxil olmasının qarşısı əsassız olaraq alınır, deyə bəyanatda qeyd edilir.

“Şura və Xüsusi Məruzəçi bilməlidir ki, Azərbaycanda və Belarusda vəkil statusundan bu cür məhrumetmə qəbuledilməzdir, hər iki ölkənin insan hüquqları sahəsində beynəlxalq öhdəliklərinin pozuntusudur və daha da önəmlisi, böhran dövründə baş verib”, deyə bəyanatda vurğulanır.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz