Fuad Muradovun 1528 avroluq kəməri və 740 avroluq ayaqqabısı - FOTOFAKT

Xəbərin çap versiyası
Tarix: 1-07-2021, 13:05
Fuad Muradovun 1528 avroluq kəməri və 740 avroluq ayaqqabısı -


Azərbaycan Respublikası Milli Məclisinin vitse-spikeri Adil Əliyev Milli Məclisdəki çıxışı zamanı YAŞAT Fonduna ianələrin edilməsi ilə bağlı çağırış edib. O deyib ki, hər kəs fonda, heç olmasa, 10 manat miqdarında yardım etsin.

CivilAzerbaijan.com
bildirir ki, bu çağırışdan sonra jurnalist Fikrət Hüseynli araşdırma aparıb.

O, "Feysbuk” hesabında Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun şəklini paylaşaraq onun kəmərinin 1528 avro, ayaqqabısının isə 740 avro olduğunu iddia edib.

"Adil Əliyev keçən həftə çağırış etdi ki, bəs heç olmasa, 10 manatdan YAŞAT Fonduna pul keçirin, vəsait azalır. Mən də ondan sonra məmurların şəklinə baxıb dəyərləndirmə aparıram. Dünən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun İstanbulda 90 min dollar xərcləyib 5 ulduzlu oteldə keçirdiyi tədbirdəki şəklinə baxanda gördüm ki, kəməri 1528 avrodur. Ayaqqabısının da minimum dəyəri 740 avrodur, "Luis Voitton" firmasınındır. Hələ geyim dəstini demirəm. Adil müəllim, buyurun, sizə 2300 avro tapmışam. Satıb verin Yaşat Fonduna", - jurnalist belə yazıb.

Fuad Muradovun 1528 avroluq kəməri və 740 avroluq ayaqqabısı -


civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz