“Daşlı ada”da palçıq vulkanının püskürməsi ilə əlaqədar RƏSMİ AÇIQLAMALAR

Xəbərin çap versiyası
Tarix: 5-07-2021, 14:14
“Daşlı ada”da palçıq vulkanının püskürməsi ilə əlaqədar


“Daşlı ada”da palçıq vulkanı püskürüb və püskürmə 8 dəqiqə davam edib".

CivilAzerbaijan.com
bildirir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli iyulun 5-də keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, vulkanın dərinliyi 1,48 km, gücü 2,17 ml olub: ""Daşlı ada”da vulkan çoxdan püskürmürdü. Axırıncı dəfə 1945-ci ildə püskürüb. Xəzər dənizində çox sayda vulkanlar var. Deyirlər ki, orada ölən və yaralanan var, belə şey yoxdur", deyə Mərkəz rəhbəri bildirib.

“Baş verən hadisəni SOCAR rəhbrəliyi diqqətdə saxlayıb və bununla bağlı operativ qrup palçıq vulkanın baş verdiyi əraziyə göndərilib”. Bunu isə mətbuat konfransında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Geologiya və Geofizika şöbəsinin rəisi Fərhad İbadov deyib.

Onun sözlərinə görə, palçıq vulkanının püskürdüyü ərazidə heç bir qazma işləri aparılmayıb: “Həmin ərazidə SOCAR-ın heç bir infrastrukturu yoxdur”, deyə şöbə rəisi bildirib.

Fövqəladə Hallar Nazirliyi də ilkin araşdırma zamanı dənizdə neft-qaz hasilatı, digər sənaye və nəqliyyat infrastrukturlarına aid obyektlərdə hər hansı fövqəladə hadisənin baş vermədiyin müəyyən edildiyini qeyd edib: “İyulun 5-də səhər saatlardan Nazirliyin Aviasiya dəstəsinin helikopteri cəlb olunmaqla Xəzər dənizində kəşfiyyat uçuşlarına başlanılıb. Uçuş zamanı dənizin Salyan rayonu istiqamətində sahildən, təqribən, 30 kilometr məsafədə Daşlı adasında, ilkin müşahidələrə əsasən, palçıq vulkanının püskürməsi faktı aşkar olunub. Hazırda vulkanın kraterində nisbətən kiçik alov müşahidə olunur. Vulkanın dənizdəki neft-qaz infrastrukturu və digər obyektlər, habelə insan həyatı üçün təhlükəsi yoxdur”.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz