Avropa Şurasının prezidenti Şarl Mişel Bakıya gəlir

Xəbərin çap versiyası
Tarix: 16-07-2021, 19:38
Avropa Şurasının prezidenti Şarl Mişel Bakıya gəlir


Avropa Şurası prezidenti Şarl Mişel bu həftə Azərbaycana səfər edəcək.

CivilAzerbaijan.com
bildirir ki, qurumun Mətbuat xidmətindən iyulun 16-da verilən xəbərə görə, Ş.Mişel iyulun 16-da İrəvana yola düşəcək. O, iyulun 17-də İrəvanda, iyulun 18-də isə Bakıda ölkə rəhbərləri ilə görüşlər keçirəcək.

Səfər zamanı Avropa Şurası ilə Azərbaycan arasında əməkdaşlığın gücləndirilməsinə dair müzakirələr aparılacaq.

İyulun 19-da isə AŞ rəhbəri Gürcüstanın Avropa Birliyinin inteqrasiyasına dair 17-ci dəfə keçirilən Batumi Beynəlxalq Konfransına da qatılacaq.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz