Müdafiə Nazirliyinin sərhəddəki vəziyyətlə bağlı RƏSMİ MƏLUMATI

Xəbərin çap versiyası
Tarix: 24-07-2021, 13:07


"Hazırda Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər sahəsində vəziyyət sabitdir".

CivilAzerbaijan.com
bildirir ki, bu barədə iyulun 24-də Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, əməliyyat şəraiti Azərbaycan Ordusunun bölmələrinin nəzarəti altındadır.

***

"Ermənistan mətbuatının guya Azərbaycana məxsus PUA-nın Vedi rayonunun Arazdəyən kəndi üzərində vurulması barədə yaydığı xəbər qarşı tərəfin növbəti dezinformasiyasıdır".

Bu barədə də Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildiriblər.

Qeyd olunub ki, bölmələrimiz tərəfindən havaya heç bir PUA qaldırılmayıb.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz