Azərbaycan, Pakistan və Türkiyə parlament rəhbərləri "Bakı Bəyannaməsi"ni imzalayıblar
Tarix: 27-07-2021, 19:06
Bu gün - 27 iyul tarixində Milli Məclisdə Azərbaycan, Türkiyə və Pakistan parlament sədrləri tərəfindən birinci üçtərəfli görüşün yekun sənədi olaraq "Bakı bəyannaməsi” imzalanıb.
CivilAzerbaijan.com bildirir ki, sənədi hər üç ölkənin parlament sədrləri Sahibə Qafarova, Mustafa Şentop və Əsəd Qeysəri imzalayıb.
Qafarovanın bildirdiyinə görə, Bakı Bəyannaməsi üç ölkə arasında strateji əlaqələrin möhkəmlənməsinə töhfə verəcək.
Şentopun fikincə, Bakı Bəyannaməsi regionda təhlükəsizliyin təmin edilməsinə öz töhfəsini verəcək. O, üçtərəfli münasibətlərin institusionallaşdırılması nöqteyi-nəzərdən mühüm rol oynayacaq.
Öz növbəsində, Qeysər üçtərəfli platforma çərçivəsində mühüm əməkdaşlıq məsələlərinin müzakirəsi üçün müntəzəm görüşlər keçiriləcəyini qeyd edib.
Bəyannamənin mətni hələlik dərc edilməyib.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər