Azərbaycan Qarabağla bağlı İrana nota verdi

Xəbərin çap versiyası
Tarix: 11-08-2021, 18:28


Avqustun 11-də İran İslam Respublikasının Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə (XİN) dəvət olunaraq ona nota təqdim edilib.

CiviAzerbaijan.com
bildirir ki, bu barədə nazirliyin yaydığı açıqlamada bildirilir.

Açıqlamada qeyd olunur ki, İran İslam Respublikasına məxsus yük avtomobillərin Qarabağa qanunsuz səfər etməsi səfirin diqqətinə çatdırılıb: "Səfirə bununla bağlı aşkar edilən arzuolunmaz faktlar verilib və qarşı tərəfə nota təqdim edilib. Notada son dövrlər dost İran İslam Respublikasına məxsus müxtəlif təyinatlı avtomobillərinin davamlı olaraq rəsmi Bakının icazəsi olmadan Azərbaycanın Qarabağ bölgəsinə giriş-çıxış etməsi ilə bağlı narazılığımız ifadə olunub".

XİN bir müddət öncə İran tərəfinə şifahi şəkildə narazılığını ifadə etdiyini və bunun bir daha səfirə xatırlandığını qeyd edib: "Görüş zamanı bu kimi narahatlıq doğuran və iki ölkə arasında mövcud yaxın dostluq və tərəfdaşlıq münasibətlərinin ruhuna uyğun gəlməyən hallara son qoyulması istiqamətində İranın yeni administrasiyası tərəfindən əməli addımların atılacağı qeyd olunub".

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz