Cavanşir Feyziyevin oğlu Orxan Feyziyev - doğuşdan biznesmen
Tarix: 18-08-2021, 12:54
Deputat Cavanşir Feyziyev Buzovnada olan obyektini Dövlət Agentliyinə bir ili 1 milyon 176 min manata kirayə verib.
CivilAzerbaijan.com bildirir ki, bu barədə iqtisadçı N. Cəfərli paylaşım edib:
"İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 5 ildi fəaliyyətə başlayıb, pilot layihələr edib - bununla bağlı normal məlumatlar yaymayıb, fəaliyyəti ilə bağlı ciddi suallar var, əlçatan xidmət məsələsi axsayır, hələ bir nəfər tanımıram ki, Agentlikdən razılıq etsin.
İndi də məlum olur ki, Agetlik Buzovna qəsəbəsində 1 illiyə ofis və anbar icarəyə götürüb - müqavilənin dəyəri 1 mln. 176 min manatdır. Agetlik obyekti ayı 98 min manata icarəyə götürüb, özü də Buzovnada.
Məsələnin maraqlı tərəfi odur ki, həmin obyektin sahibi gənc bir insandır - Orxan Feyziyev. Ola bilər ki, çox bacarıqlı, təhsilli gəncdir, amma bir məsələ var ki, Orxan bəy deputat Cavanşir Feyziyevin oğludur.
Bu da Azərbaycan fenomenidir - bütün məmur, deputat, nazir uşaqları doğuşdan bacarıqlı biznesmen olurlar, həmişə tenderlər udurlar, bu "sirri" İskoç Bilim Adamları da çözə bilməz...".
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər