Qazaxın İcra başçısı "Qırmızı kitab"a düşən ağacları kəsdirir

Xəbərin çap versiyası
Tarix: 24-08-2021, 13:19


Qazaxda "Qırmızı kitab"a düşən, kəsilməsi qadağan olunan şam və çinar ağaçları kütləvi şəkildə məhv edildiyi bildirilir.

Bu barədə qlobal.az məlumat yayıb.

Bildirilir ki, icra hakimiyyətinin göstərişi ilə Qazaxda Əliağa Şıxlinski küçəsində 56 ağac (şam və çinar) kəsilib. Ağaclar məhv edildikdən sonra isə həmin ərazi yararsız sahə kimi satışa çıxarılıb.

Məlumata görə, ağacların suvarılması üçün həmin ərazidə kiçik arx olub. Rayon icra başçısı Rəcəb Babaşovun göstərişi ilə həmin arxa suyun verilməsi dayandırılıb. Sakinlər deyiblər ki, kəsilən ağaclar icra nümayəndələrinin göstərişindən sonra yük maşınları vasitəsi ilə ərazidən daşınıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məsələyə münasibət öyrənmək mümkün olmayıb.

Qazax Rayon İcra Hakimiyyəti isə xəbəri nə təsdiq, nə də təkzib edib.







civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər
{sape_links}{sape_article}



Facebook səhifəmiz