Mərdan Camalovun "qara kassa"ya xəyanəti - O, dəyəri milyonlarla ölçülən sərvəti necə toplayıb?
Tarix: 5-09-2021, 15:46
Azərbaycan həqiqətən də çox unikal bir ölkədir. Burada işləyən fabriklər, bər-bəzəkli şadlıq evləri, başı buludlara dirənən göydələnlərin sahibləri zəhməti və biznes bacarığı ilə uğur qazanan hansısa adi insanlar yox, uzun illər yüksək vəzifələrdə çalışan, büdcə vəsaitlərini mənimsəyib, dövlətin imtiyazlarından istifadə edərək özlərinə "imperiya" quran məmurlardır. Bu cür məmurların düşüncələrinə görə illərlə zəbt etdikləri vəzifə kürsüsü dövlətə, xalqa xidmət etmək üçün yox, yalnız öz nəsilinə var-dövlət toplamaq üçündür.
CivilAzerbaijan.com-un əldə etdiyi məlumata görə, illərlə dövlətin büdcəsini talayan məmurlardan biri də Zərdab rayon İcra hakimiyytinin başçısı Mərdan Camalovdur. Mərdan Camalovun var-dövləti yüz milyonlarla ölçülür desək, yanılmarıq. Əlbəttə ki, yüz milyonlarla sərvət toplamağa adi icra başçısının maaşı yetərli deyil. Bunun üçün gərək müxtəlif maxinasiyalarla dövlətin büdcəsini talayasan. M.Camalov 2005-ci ildən icra başçısı vəzifəsində çalışır. O, 2005-ci ildən 2019-cu ilədək Şirvan şəhərinin başçısı – “hökmdar”ı olub. 2019-cu ildən indiyədək isə Zərdab ryon İcra Hakimiyyətinə rəhbərlik - “ağa”lıq edir...
Gəlin Mərdan Camalovun İcra başçısı kimi fəaliyyət göstərdiyi illərlə bağlı adi riyazi hesablama aparaq. M.Camalov 16 ildir İcra başçısı vəzifəsində çalışır. On altı ili on iki aya vursaq 192 ay edir. Hər ay da deyək ki, Camalov min manat maaş alıb. Deyək ki, bu müddət ərzində Camalov aldığı rəsmi məvacibi yeməyinə, içməyinə, geyiminə xərcləməyib, üst-üstə yığıb, bu da eləyir 192 min manat. Bu gün bəlkə də 192 min manata Bakı şəhərinin mərkəz hissələrinə yaxın yerdə bir normal mənzil almaq olar. Ancaq M. Camalovun sahib olduğu sərvətlər milyonlarla ölçülür.
Mərdan Camalovun zaman-zaman dövrü-mətbuatda haqqında yazılan sərvətinin qısa siyahısını oxuculara təqdim edirik:
Bakı şəhər Nərimanov rayonunda:
“KRAL” şadlıq sarayı;
“Anatolia” oteli;
“Premyer” oteli;
“Admiral” oteli;
“Ambiance” oteli;
“Aksesuar inşaat” mağazası;
“Azərbaycan İsrail” klinikası;
Həmçinin Nərimanov rayonu ərazısində onlarla qeyri yaşayış və yaşayış sahələri;
Teymur Əliyev və Həsən Əliyev küçələrində yerləşən bir neçə dəbdəbəli villa.
Nəsimi rayonunda:
”Ambassador” oteli;
“Niaqara” restoranı;
”Veqas” “Niaqara” şadlıq sarayı;
“Olimpik Star” əyləncə mərkəzi;
“Qızıl Tac” şadlıq sarayı;
“Niaqara” restoranına bitişik “Araz” marketin binası;
“Niaqara” şadlıq sarayına bitişik pullu avtomobil dayanacağı;
“Olimpik Star” əyləncə mərkəzinə bitişik böyük sahəyə malik pullu avtomobil dayanacağı;
“Vətən” kinoteatrının yaninda ticarət mağazaları;
Füzuli kücəsində “Yapıkredibank”-ın fəaliyyət göstərdiyi qeyri-yaşayış sahəsi;
Həsən Əliyev 13 ünvanda yerləşən “Avtomobil Təmiri Mərkəzi”;
Bakı Sağlamlıq Mərkəzinin yaxınlığında yerləşən torpaq sahəsi.
Səbail rayonunda:
“Neftlayihətikinti” ASC və onun bütün əmlakları;
“Fəvvarələr meydanı” deyilən ərazidə yaşayış və qeyri-yaşayış sahələri;
Badamdarda bir neçə dəbdəbəli villa, həmçinin özlərinin yaşadıqları iki dəbdəbəli villa.
Yasamal rayonunda:
Yasamal rayonu Cəfər Cabbarlı küçəsində “Yapıkredibank”-ın fəaliyyət göstərdiyi 3 mərtəbəli bina;
Bakı Apellyasiya Məhkəməsi yaxınlığında 2 ədəd dəbdəbəli villa.
Binəqədi rayonunda:
“ATRİUM” əyləncə mərkəzi və ona bitişik 1 ha-a yaxın torpaq sahəsi;
Cratos Hall şadlıq sarayı və ayrıca restoranı “VEQAS” İdman Mərkəzi;
2 mərtəbəli PUB bar;
“Vorovski adlanan ərazidə böyük sahəyə malik pullu avtomobil dayanacağı.
Bakıətrafı qəsəbələrdə:
Mərdəkanda “Arzu” restoranı və böyük bir villa;
Buzovna, Türkan, Zirə, Şüvələn qəsəbələrində böyük ölçülü torpaq sahələri və onların içərisində inşa edilmiş çoxlu sayda dəbdəbəli bağ evləri.
Azərbaycanın rayonlarında:
Şirvan, İsmayıllı (Xənəyə kəndində), Quba (Qəçreş ərazisində), Xaçmaz (Nabran qəsəbəsində), Xızı (Altıağac, Qızılqazma) Şamaxı (Çuxuryurd) rayonlarında böyük ölçülü torpaq sahələri. Onların bəzilərində də dəbdəbəli bağ evləri tikilib. Qusarda – “Şahdağ” Turizm Mərkəzinin ərazisində 1,2 ha. torpaq sahəsi və sair.
Habelə, müxtəlif səfirliklərə kirayə verdikləri villalar, məsələn Əfqanıstan səfirliyi, Çin səfirliyinin uşaq baxçası. Həmçinin Azure – Yeni Həyat yaşayış kompleksində evlər və saysız-hesabsız digər kirayə verilmiş mənzillər Camalovlara məxsusdur.
Maşınlar və sahib olduqları nömrələr:
Toyota Land Cruiser / 90-EH-999;
Bentley Continental GT / 99-EE-100;
Mercedes S-Class / 99-EE-100;
Mercedes C-Class / 10-EE-100;
Range Rover Velar 2019 / 10-EE-100;
BMW X7 Sport 2019 / 99 -AA -085;
Mercedes Benz GLE Coupe 2018 / 99-EE-100;
Porsche Cayenne 4.8 S Turbo MANSORY / 10-KO-100.
Digər nömrələr:
99-TT-085, 90-DK-009, 10-PP-788, 10-YY-788. 99-AA-788. 90-AA-778, 90-EH-999, 90-PP-999, 10-EA-100, 10-AZ-733, 90-AZ-733, 99-AZ-733, 10-KO-100, 10 -AA -085, 90-AA -085, 99 -AA -085, 10-AA-183.
CivilAzerbaiyan.com bildirir ki, bu qeyd edilən daşınan və daşınmaz əmlakların ona məxsus olmasını Mərdan Camalov heç zaman təkzib etməyib.
Bəs, Mərdan Camalov bu qədər var-dövləti hansı yolla toplayıb? Hesab edirik ki, Azərbaycan hüquq-mühafizə orqanları çox kiçik bir araşdırma aparsalar, bu sualın cavabının tapa bilərlər.
İndilik bütün digər səbəbləri bir kənara qoyaq. Qeyd edək ki, Mərdan Camalovun bu qədər var-dövlət toplamasının əsas səbəblərindən biri də “qara kassa"ya atdığı pullardır. Bu barədə növbəti yazımızda ətraflı məlumat verəcəyik.
Sabir Mirzə
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər