Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin Laçında birgə hərbi təlimləri

Xəbərin çap versiyası
Tarix: 6-09-2021, 18:43


Sentyabrın 6-da Laçın rayonunda Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin döyüş atışlı birgə taktiki təlimləri başlayıb.

CivilAzerbaijan.com
bildirir ki, bu barədə bazar ertəsi Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Təlimlərdə əsas məqsəd döyüş əməliyyatlarının aparılması zamanı qarşılıqlı fəaliyyətin və döyüş uzlaşmasının təkmilləşdirilməsi, o cümlədən komandirlərin hərbi qərar qəbuletmə və bölmələri idarəetmə bacarıqlarının inkişaf etdirilməsidir.

Təlimlərdə müasir döyüş texnikası və digər hərbi vasitələrin çətin relyef şəraitində istifadə etmə vərdişlərinin artırılmasına xüsusi diqqət yetirilib.

Eyni zamanda, Müdafiə Nazirliyi təlimlərin müddəti, iştirakçıların sayı və istifadə olunan döyüş texnikası barədə məlumat vermir.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz