Səlim Müslümov haqqında MƏHKƏMƏ QƏRARI

Xəbərin çap versiyası
Tarix: 14-09-2021, 14:19


Keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun həbs müddəti daha üç ay uzadılıb.

CivilAzerbaijan.com
bildirir ki, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbələr məlumat yayıblar. Müslümov əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reablitasiyası, sosial müdafiəsinin təşkilində çoxsaylı sui-istifadə hallarına yol verməsi ittihamı ilə bu ilin fevral ayında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilib.

Bununla yanaşı istintaq Müslümovun tabeliyində olan qurumların rəhbərlərindən 10 min manatdan 30 min manata qədər rüşvət alması faktlarını da üzə çıxarıb.

Qeyd edək ki, Müslümov həbs olunduğu zaman pensiyaçı olub, irəli sürülən ittihamlar isə onun 2013-2018-ci illərdə vəzifədə olduğu dövrə aiddir.

Səlim Müslümova qarşı Azərbaycan Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda), 311-3.2-ci və 311.3.3-cü (külli miqdarda rüşvət alma, təkrar törədildikdə) maddələri irəli sürülüb.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər
{sape_links}{sape_article}



Facebook səhifəmiz