Azərbaycanda benzin yenə bahalaşdı

Xəbərin çap versiyası
Tarix: 15-09-2021, 00:18


Azərbaycanda "Aİ-95” premium və "Aİ-98” super markalı benzinin qiyməti bahalaşıb.

CivilAzerbaijan.com
bildirir ki, "Aİ-95” markalı benzinin qiyməti 1,60 AZN, "Aİ-98” markalı benzinin qiyməti isə 1,90 AZN olub.

Qeyd edək ki, "Aİ-95” premium və "Aİ-98” super markalı benzin Azərbaycanda istehsal olunmadığından xarici ölkələrdən idxal edilir.

Son qiymət dəyişikliyinə qədər "Aİ-95” premium markalı benzinin qiyməti 1,45 AZN, "Aİ-98” super markalı benzinin qiyməti 1,60 AZN təşkil edirdi.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz