Azərbaycan və Ermənistan sərhədin delimitasiyası haqqında razılıq əldə edib?

Xəbərin çap versiyası
Tarix: 17-09-2021, 19:21


Bu gün Ermənistanda eyni zamanda bir neçə rəsmi mənbə Moskvadakı danışıqların yekunlarına görə Azərbaycan və Ermənistanın delimitasiya və demarkasiya prosesinə başlamaq barədə razılıq əldə etdiyinə işarə edib.

CivilAzerbaijan.com
bildirir ki, Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik komitəsinin sədri Yerevanda keçirilən brifinqdə sərhəd məsələsi ilə bağlı danışıqlar aparılacağını təsdiq edib: “Biz gərginliyin azaldılması və sülhün möhkəmləndirilməsi prosesini dönməyən prosesə çevirməliyik”, deyən Koçaryan məsələnin təfərrüatlarını açıqlamayıb.

Onun ardınca Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan da jurnalistlərə sərhədin delimitasiyası və demarkasiyası zərurətindən danışıb.

“Düşünürəm ki, müəyyən bir prosesə başlamaq lazımdır”, deyə o, RF XİN-in mətbuat katibi Zaxarovanın Ermənistan və Azərbaycan arasında sərhədin delimitasiyasına başlamaq zərurəti haqqında çağırışını şərh edərkən bildirib.

Bəzi Ermənistan KİV-ləri hətta gələcək sazişin bəndləri barədə də məlumat yayıblar. Onların məlumatına görə, gələcək sülh müqaviləsində Qarabağın hər hansı statusu müəyyən edilmir, sərhədlər SSRİ dövrünün xəritələri əsasında müəyyən edilir, Rusiya sülhməramlı missiyasının müddəti uzadılır, Zəngəzur yolu açılır və Azərbaycan nəqliyyatın keçidinə görə ödəniş edəcək.

Turanın xəbərində qeyd olunur ki, rəsmi Bakı bu məlumatlarla, eləcə də Moskvadakı danışıqlar faktı ilə bağlı şərh vermir.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz