DTX dini, irqi düşmənçilik çağırışları səsləndirənlərlə bağlı məlumat yaydı

Xəbərin çap versiyası
Tarix: 29-09-2021, 17:20


Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) sentyabrın 27-də keçirilən Anım Günündə bir sıra adamlara xəbərdarlıq etdiyi deyilir.

CivilAzerbaijan.com
bildirir ki, bu barədə DTX məlumat yayıb.

Bildirilir ki, mərasimlərdən məqsədyönlü şəkildə, radikal dini-ideoloji ayrı-seçkilik təbliğatı niyyəti ilə istifadə etməklə müxtəlif dövlətlərə qarşı dini, irqi zəmində düşmənçilik çağırışları edilib: "Belə tədbirlərin keçirildiyi yerlərdən videoçəkilişlər apararaq yaymaları, cəmiyyətin və dövlətin mənafelərinə ziyan vuran hərəkətlərə yol vermələri təsbit olunub. Qeyd olunan şəxslər Dövlət Təhlükəsizliyi Xidmətinə dəvət olunaraq qanunazidd davranışlarının qarşısı alınıb. Onlara dini, irqi və ya digər mənsubiyyətindən asılı olaraq nifrət və düşmənçiliyin salınmasına yönələn çağırışlarının Azərbaycanın qanunları ilə müəyyən edilən qaydada məsuliyyətə səbəb olduğu barədə xəbərdar edilib".

Dövlət Təhlükəsizlik Xidməti qeyd edib ki, Azərbaycan Konstitusiyasına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə və təhlükəsizlik maraqlarına zidd davranışların qarşısı bundan sonra da qətiyyətlə alınacaq. Ancaq məlumatda hadisənin hansı bölgədə baş verdiyi və konkret kimlərin dəvət olunduğu qeyd olunmayıb.

Keçmiş məhbus, hüquq müdafiəçisi Taleh Xasməmmədov "Facebook"da yaydığı videoda olayın yaşadığı Göyçay rayonunun Aşağı Məryəm kəndində baş verdiyini qeyd edib: "Kəndin əhalisinin əksəriyyəti etnos türklərdən ibarət inanclı şəxslərdir. Kənddə heç vaxt spirtli içkilər satılmayıb, narkotik istifadəçiləri isə ümumiyyətlə olmayıb. Çox sakit və mehriban həyat tərzi sürən əhaliyə malik kənddir. İnsanların əksəriyyəti namaz qılıb, oruc tutur, İslam dininin gözəlliklərini təbliğ edirlər. Eyni zamanda, son 40 ildə kəndimizdə hansısa bir cinayət əməli törədən şəxsin adına rast gəlməmişəm. Belə bir sivil əhalisi olan yerə "İran agentləri" deyib dil uzatmaq, sionistlərin onlara qarşı düşmənçilik siyasətindən başqa bir şey deyil. Videodakı şəxslərin kimliyi və ziyarətə hansı məqsədlə gəlmələri belə mənə qaranlıq qalıb. Kəndin mömin insanlarının məlum müctəhidlərə təqlidi var, amma bunun İran dövlətilə yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur", Meydan TV-nin məlumatında qeyd olunur.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər
{sape_links}{sape_article}



Facebook səhifəmiz